170 min erməninin Rusiyaya girişi bağlana bilər

17:14 | 14.02.2014
170 min erməninin Rusiyaya girişi bağlana bilər

170 min erməninin Rusiyaya girişi bağlana bilər

Ermənistanın 170 mindən çox vətəndaşı üçün 3 il müddətinə Rusiyaya giriş bağlana bilər.

 

APA-nın «Regnum» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşı Svetlana Stepanova keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Rusiya ərazisində yaşayan 170 mindən artıq Ermənistan vətəndaşı risk qrupundadır. Rusiyanın yeni miqrasiya qanunvericiliyinə əsasən, onların bu ölkəyə daxil olması 3 il müddətinə qadağan olunacaq.

 

Göstərilən qrupda yer alan əcnəbilər ölkədə qalma müddətini uzatmadan, iş icazələri almadan Rusiyanın miqrasiya qanunvericiliyini pozub.

 

«Heç kim bu vətəndaşları təqib etmir. Amma onların Rusiya Federasiyasına girişi qadağan ediləcək. Bu deportasiya deyil, ayrı prosedurdur. Bu haqda qərar məhkəmə və ya miqrasiya xidmətinin yerli strukturunun rəhbəri tərəfindən qəbul edilir» deyən S. Stepanova bildirib ki, 2013-cü ildə 24 min Ermənistan vətəndaşının Rusiyaya daxil olmasına qadağa qoyulub.

 

2013-cü ildə Rusiyaya 670 min Ermənistan vətəndaşı səfər edib ki, bu da 2012-ci ildəkindən 20% çoxdur. Ötən il 130 min Ermənistan vətəndaşı iş icazəsi almaqla, Rusiyada fəaliyyətini leqallaşdırıb. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb