170 mindən çox əmlak sahibinə mülkiyyət hüququ verən çıxarış təqdim olunub

14:28 | 23.07.2024
170 mindən çox əmlak sahibinə mülkiyyət hüququ verən çıxarış təqdim olunub

170 mindən çox əmlak sahibinə mülkiyyət hüququ verən çıxarış təqdim olunub

2024-cü ilin ilk 6 ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  177 664 daşınmaz əmlak sahibinə mülkiyyət hüququ verən çıxarış təqdim olunub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib. 

Məlumata görə, çıxarışların 27 707-ə (15,6 %-i) birinci dəfə, 149 957-ə  isə (84,4 %-i) təkrar qeydiyyat barədə çıxarış verilib. 

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 27 695, mənzil üzərində - 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Bu ilin yanvar-iyununda 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydə alınıb.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti