176 əsgər həbs edildi - Terror təhlükəsi

09:52 | 09.07.2019
Türkiyədə 176 əsgər tutulub.

Anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan FETÖ sılahlı terror təşkilatı istintaqı çərçivəsində 176 əsgər həbs edilib.

Aparılan əməliyyatda 1 polkovnik, 2 podpolkovnik, 5 mayor, 7 kapitan, 100 baş leytenant, 18 leytenant və 43 çavuş gözaltına alınıb.

İstanbul Baş Prokurorluğundan edilən açıqlamada bildirilib:
"Fətullahçı terror örgütünün Türkiyə ordusu daxilinə sızmış və hələ də deşifrə olmayan mənsubları sayca çevrilişə qatılanlardan çoxdur. Bu səbəbdən bu terror təşkilatı konstitusiya düzəni üçün ən təhlükəli terror təşkilatıdır".(metbuat)

www.anews.az
loading...

Xəbər lenti