Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 290, Səhiyyə Nazirliyinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb.
Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb.E.Ağayev deyib ki, 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunublar. 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-ə çatdırılıb. 2013-cü ildə 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olub.Nazir müavini qeyd edib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı"na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılıb. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir.Cari ilin aprel ayından başlayaraq keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Bəzi regionlarda (Cəlilabad, Quba, Saatlı) orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq 3 yeni tibb kolleci açılıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !