Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Anews.az-a bildirilib ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü(qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !