Gözlənilmədən dünyasını dəyişən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsinin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.
Axar.az-ın əldə etdiyi məlumata görə, ötən il yüksək balla tələbə adını qazanan İlyas Namiq oğlu Paşayev ailənin tək övladı olub. 18 yaşı yeni tamam olan İ.Paşayev dərs ili başlayandan universitetə getmirmiş. Uzun müddətdir idmanla məşğul olan tələbə çox yorğun olduğunu, özünü yaxşı hiss etmədiyini deyirmiş.
Bir neçə dəfə həkim qəbyulunda olub, lakin heç bir probleminin olmadığını bildiriblər. Hadisə baş verən gün yenə də özünü yaxşı hiss etməyən tələbə məşq etmək üçün idman zalına gedib və qısa müddətdən sonra evə qayıdıb. Yorğun və halsız olduğunu bildirib və hamam otağına keçib. Əl-üzünü yuyan zaman özündən gedib və orada da dünyasını dəyişib.
İ.Paşayevin ölümünə səbəb kimi həkimlər ilkin olaraq ürək çatışmazlığı, tromb probleminin səbəb olduğunu bildiriblər. Dəqiq ölüm səbəbi isə 10 gündən sonra məlum olacaq.
İ.Paşayevin indiyə qədər heç bir əlavə xəstəliyi və problemi olmayıb. Özündən başqa ailədə bacı və qardaşı olmayan olduqca aktiv gəncin ani ölümü bütün ailəni şoka salıb.
Qeyd edək ki, İ.Paşayev ADNSU Energetika fakültəsinin ingilis dili bölməsi üzrə II kursunda təhsil alırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !