1824 avtobus nağdsız ödəniş sisteminə keçirilib

17:16 | 20.05.2024
1824 avtobus nağdsız ödəniş sisteminə keçirilib

1824 avtobus nağdsız ödəniş sisteminə keçirilib

2024-cü ilin aprelinə qədər Bakı və Abşeronda sərnişindaşımanı həyata keçirən müntəzəm marşrut xətləri üzrə 1 824 avtobus nağdsız ödəniş sisteminə keçirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur. Bu barədə  Avtomobil Yolları Dövlət Agentliyindən (AYNA) bildirilib.

2023-cü ilin aprelinədək Bakı və Abşeronda 1 596 avtobus nağdsız ödəniş sisteminə keçirilib.
 
Bakıda avtobuslarla sərnişin daşıma 5 ildə (2016-2022) 20,2% artaraq 502 milyona çatıb.

2016-cı ildə paytaxtda avtobuslarla daşınan sərnişinlərin sayı 629 milyon, 2017-ci ildə 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyon, 2020-ci ildə 413 milyon, 2021-ci ildə isə 444 milyon olub.
 
Martın 28-də Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qoyulacağı bildirilib. Nazirlər kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də bunun iyulun 1-də qüvvəyə minəcəyi bildirilib.

Aygün 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM