18,6 milyard manatlıq “yeyib-içdik” - RƏSMİ

20:30 | 16.01.2019
18,6 milyard manatlıq “yeyib-içdik” - RƏSMİ

18,6 milyard manatlıq “yeyib-içdik” - RƏSMİ

2018-ci ildə pərakəndə ticarət şəbəkəsindən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları almışıq, 18,5 milyard manatını isə qeyri-ərzaq məhsullarına xərcləmişik.

Dövlət Statistika Komitəsindən Anews.az-a verilən məlumata görə, ümumilikdə 37,1 milyard manat xərcləmişik və bu, 2017-ci ildəki göstəricisindən 3 faiz çoxdur.

Maraqlıdır ki, 2017-ci illə müqayisədə, idxal 2 milyard 682 milyon ABŞ dollar məbləğində artıb, ancaq pərakəndə ticarət dövriyyəsində cəmi 3 faiz artım qeydə alınıb. Ona görə də qeyd etmək lazımdır ki, bu 3 faizlik artım real ifadədir, yəni inflyasiya çıxılmaqla alınan göstəricidir.

Satılmış məhsulların dəyəri ərzaq məhsulları üzrə real ifadədə 2,5 faiz və qeyri-ərzaq məhsulları üzrə 3,4 faiz artıb.

Ötən il alıcıların son istehlak məqsədilə mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə, pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 4,2 faiz azalıb.

2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb