19 milyon HİV daşıyıcısı xəstəliyindən xəbərsizdir - BMT

21:26 | 02.12.2014
19 milyon HİV daşıyıcısı xəstəliyindən xəbərsizdir - BMT

19 milyon HİV daşıyıcısı xəstəliyindən xəbərsizdir - BMT

BMT Baş katibi Pan Gi Mun "Dünya Qiçs Günü" münasibətilə açıqlama verib.

ANN.Az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, baş katib dünya üzrə təxminən 14 milyon insan HİV virusu xəstəsi olaraq müalicə aldığını, 2001-ci ildən bu yana isə yeni yoluxmaların nisbətinin də 38 faiz azaldığını bildirib.

Dərmanlar sayəsində yeni doğulan 1.16 milyon körpənin HİV virusuna yoluxmasının qarşısının alındığını ifadə edən Pan, "Bu il Dünya liderləri 2030-cu ilə qədər QİÇS-ə son qoymaq üçün qabaqlayıcı tədbirlər gördülər. Hazırda 35 milyon insan HİV virusu ilə yaşayır və bunların 19 milyonu virusu daşıdığını bilmir. Müalicəyə ehtiyac duyan hər 3 uşaqdan 2-si bu müalicəni ala bilmir. HİV virusunun geniş yayıldığı ölkələrdə xüsusilə gənc qadınlar təhlükə altındadır", deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti