ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisələrin gedişatı Şanxaydakı internet kafenin təhlükəsizlik kamerasının yaddaşlarına da düşüb. Videodan da aydın olur ki, 24 yaşlı Vu Tay fasilə vermədən düz 19 saat kompüterin arxasından qalxmır. Ölümünə yaxın bir neçə dəfə möhkəm öskürür. Yaxınlıqdakı kresloda oturan dostu ondan necə olduğunu soruşur. O, hər şeyin qaydasında olduğunu deyib oynuna davam edir. Bir qədər sonra o, daha möhkəmdən öksürməyə başlayır. Bu dəfə dostu onun rənginin ağardığını və ağzından qan gəldiyini görüb təcili yardım istəyir.
Amma həkimlər gələnə qədər Vu Tay həyatını itirir. Onun ölüm səbəbi meyitinin müayinəsindən sonra bilinəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !