Elçin Mehdiyev karantin günlərində birdəfəlik 190 manat yardımla bağlı müraciət edən vətəndaşlardan biridir. Amma ona bununla bağlı imtina mesajı gəlir, səbəb isə adında aktiv VOEN hesabının olması idi.
Şikayətçi deyir ki, onun barəsində 2017-ci ildə həbs qətimkanı tədbiri seçilərkən VOEN-i deaktiv etməklə bağlı Vergilər Nazirliyinə müraciət edib.
Amma bu ilin fevralında məlum olur ki, şikayətçinin adında aktiv vöen hesabı var.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə müraciət etdik. Amma sorğumuza cavab almadıq. Anews.az olaraq nazirliyin reaksiyasını verməyə hazır olduğumuzu bildiririk.
Hazırladi:
Samirə Əliyeva
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !