• $
  • €
  • ₽
  • ₺
  • £

190 milyondan çox uşaq təhlükədədir - UNICEF

190 milyondan çox uşaq təhlükədədir - UNICEF
21.03.2023 16:55
Martın 22-24-də Nyu-Yorkda keçiriləcək "BMT 2023 Su Konfransı”nda dünya liderləri, beynəlxalq təşkilatlar və digər iştirakçılar 46 ildən sonra ilk dəfə dünyada hər kəsin su mənbələrinə çıxışının təmin edilməsi istiqamətində irəliləyişləri nəzərdən keçirmək üçün bir araya gələcəklər.
 
Konfransdan əvvəl dərc edilən hesabatda UNICEF dünyada 190 milyon uşağın su ilə bağlı böhran səbəbindən böyük risk altında yaşadığını açıqlayıb.
 
Hesabatda su, kanalizasiya və gigiyena xidmətlərinə çıxışın olmamasının xüsusilə 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının artmasına səbəb olduğu, uşaqların iqlim və ətraf mühitlə bağlı problemlər səbəbindən böyük təhlükə ilə üzləşdiyi qeyd olunub. Problemə son qoymaq üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu vurğulanıb.

Bundan əlavə, ən çox zərər çəkmiş ölkələrdə silahlı münaqişə və müharibə riskinin artırdığı, uşaqların təmiz suya və kanalizasiyaya çıxışını çətinləşdirdiyi diqqətə çatdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol