1934. “Köhnə inturist”: Yeni əfsanənin doğuluşu – MÜSAHİBƏ

17:01 | 30.06.2016
1934. “Köhnə inturist”: Yeni əfsanənin doğuluşu – MÜSAHİBƏ

1934. “Köhnə inturist”: Yeni əfsanənin doğuluşu – MÜSAHİBƏ

Bakıda dəbdəbəli yerlərin sayı çoxdur, ancaq müasir cəmiyyətin istirahət məkkanları təlabatı getdikcə artır. Daim axtarışda olan belə insanları da heyrətləndirmək asan məsələ deyil, ancaq bu yaxınlarda açılan otellərdən biri diqqətləri xüsusilə cəlb edir, ona görə o, təkcə açılan növbəti otel deyil, o, Azərbaycanın paytaxtına qayıdan növbəti tarixi hadisədir. 

"INTOURIST” "Köhnə inturist” adıyla tanınan keçmiş binası tanınmış memar Şusevin rəhbərliyi ilə 1934-cü ildə tikilmişdi, bundan sonra bina nəinki təkcə konsruktivizmin nümunələrindən birinə çevrildi, həm də Bakıda kult məkanlardan biri oldu, burada görkəmli Azərbaycan xadimləri – bəstəkarlar, rəssamlar, yazıçı və şairlər toplaşırdılar.  "Köhnə inturist” gözəl mətbəxiylə, ən yaxşı caz musiqiçiəriylə tanınırdı. Təəssüf ki, 2005-ci ildə bu unikal bina dağıdıldı və bu hadisəni bakılılar ürəkdə ağrı hissiylə qarşıladılar... 

Ancaq 2015-ci ilin yazında "ABSHERON Hotel Group”un təşəbbüsü ilə əfsanənin qayıtması prosesinə başlanıldı – dahi Şusevin layihəsi əsasında tikilən "INTOURIST” yenə Azərbaycan paytaxtını bəzədi və eyni zamanda onun məşhur saatına onun doğuluşunun tarixini göstərən rəqəmlər həkk olundu – 1934! "INTOURIST”in yaradıcılıları və ideya müəllifləri otelin yerini seçməkdə, ona müasir intellektual görünüş verməklə, yüksək dizayn, unikal atmosfer və nəfis Avropa servisi verməklə otelə ehtişam bəxş ediblər. 

Oteldən başqa, Bakıda lyuks klasslı restoran da peyda oldu. "INTOURIST”in rəhbərliyi "Gallery” jurnalının oxucuları üçün öz mətbəxi barədə müsahibə verməyi məmnuniyyətlə qarşıladılar. Bizim bütün suallarımıza baş-aşpazın köməkçisi, Bakının ən perspektivli və yaradıcı aşpazlarından biri Rauf Vəliyev cavablandırdı. "Four Seasons”, "PIK PALACE SHAHDAG”, həmçinin "INTOURIST” oteli onun iş siyahısındadır. 

- Siz nəyə görə həyatınızı bu peəyə sərf eləmək qərarına gəldiniz? 

- Mənimçün gördüyüm işin yaradıcı başlanğıcının olması çox vacibdir. Mən kulinariyada perspekiv gördüm və başa düşdüm ki, bu peşəylə məşğul olmaq istəyirəm. 
Şef-aşpaz yoxlaya, sınaya, ürəyi istədiyi ideyaları təcrübədə yoxlaya bilər. 

- Siz öz peşənizi yaradıcı hesab edirsinizmi? 

- Bəli! Aşpaz – rəssam, yemək isə sənət əsəridir. Qonaqlar təkcə dadından deyil, görünüşündən də zövq almalıdırlar. 

- Siz mətbəx sənətini harda öyrənmisiniz? 

- Öyrənməyə mən evdə başlamışam, özümə yeməklər hazırlayanda çox xouma gəlirdi. Sonra hərbidə xidmət etdim, instituta daxil oldum, ancaq ali məktəbdə oxuyarkən anlayırdım ki, məni dünyada hər şeydən çox otel biznesi və mətbəx sənəti maraqlandırır. Həmin vaxt bircə dənə tanınmış otel vardı – "HYATT” və mən çox çətinliklə "MEZZO”ya düşə bildim, həmin vaxt o Bakıdakı yeganə İtalyan restoranı idi. Restoran biznesində mənim karyeram belə başladı... Mənim xüsusi ixtisaslaşmış təhsilim, təcrübəm, hansısa bir xüsusi reseptim yox idi, halbuki baş-aşpazın özünün xüsusi reseptləri olmalıdır. 

- İndi baş-aşpaz peşəsinə tələbat çoxdurmu, rəqabət böyükdürmü? 

- Bu tək-tük peşələrdəndir ki, hər zaman tələbat olacaq və bu sahədə rəqabət çox böyükdür. Sadəcə mübariz olmaq və daim öz üzərində işləmək lazımdır.  

- Karyeranızda elə situasiyalar olubmu ki, onu peşəkar çağırış adlandırmaq olsun? 

- Peşəkar çağırışları mən Paris və Cenevrə kimi şəhərlərdə təlimlərdə iştirak etməklə, özüm özümə etmişəm, peşəkarlığımı artırmışam, bunun sayəsində molekulyar mətbəxin incəliklərini öyrənmişəm. Bu çətin, ancaq maraqlı və çox dadlıdır. 

- Özünüzün peşəkar fəaliyyətinizdə hansı mərhələləri karyeranız üçün vacib hesab edirsiniz? 

- Hər şey vacibdir, yeməyin hazırlanmasına həsr olunan hər bir xırdalıq, hər iş yeri, hər tanışlıq, hər dəqiqə. Amma ən yaddaqalan anlar yeni mərhələyə keçilmələrlə bağlıdır və mənim qarşıma çətin tapşırıqlar qoymaq xoşuma gəlir, çünki onların həllindən yeni ideyalar doğulur.

- Necə oldu ki, "INTOURIST HOTEL BAKU”ya düşdünüz? 

- Əvvəlcə mən "ABSHERON Hotel Group”da işlədim, bu isə çox çətin və gərgin seçimdən sonra baş tutdu. İş burasındadır ki, şirkətin rəhbərliyi uzun illər restoran biznesiylə məşğul olub, bu sahəni çox yaxşı bilir, ona görə də heyətin üzərinə böyük məsuliyyət qoyur. İki il "Four Seasons” otelində işlədim, sonra Şahdağdakı dağ kurortunda yerləşən "PIK PALACE SHAHDAG”a keçdim. Bu çətin təcrübəydi – hər gün 600 nəfər üçün onların istək, xahiş və zövqlərini nəzərə almaqla yemək hazırlayırdıq, digər insanlar üçün də hazırlayırdıq, ona görə ki, bizim şirkətdə "yox” sözü yoxdur. 

Ancaq "Köhnə inturist” otelinin bərpa olunduğunu eşidəndə, dərhal bura keçmək qərarına gəldim. Uşaqlığımda o mənimçün əlçatmaz arzu olmuşdu, indi isə burada işləyirəm və bundan qürur duyuram.  

- Siz işinizə çox diqqətlə yanaşırsınız!

- Məncə, özünə hörmət edən hər aşpaz öz işinə ürəyini qoyur, mənimçün ən vacib olan qonaqların restorandan razı getməsi və yenidən qayıtmalarıdır. Mən öz ailəm və sevdiklərimə necə hazırlayıramsa, qonaqlar üçün də elə ürəklə işləyirəm, başqa cür təsəvvür də eləmirəm. 

- Qonaqların reaksiyalarını nəzərə alırsınızmı?

- Əlbəttə, axı mən onlar üçün işləyirəm. 

- Siz özünü mətbəx ənənələrinin davamçısı hesab edirsinizmi? 

- Menyuda göstərilən texnologiya birəbir cavab verməlidir, ancaq bəzi yeməklərdə improviziya edə bilərəm. Reseptləri və hazırlama ənənələrini dəyişmədən, biz yeməklərimizə 21-ci əsr ruhunda müasir görüntü veririk. 

- Yeməyi hazırlama sənətində ən vacib nədir? 

- Baş-aşpaz üçün əlbəttə ki, öz sənətinə sevgi. Səmimi istək, coşğu, sevdiyin işə marağın olmasa, ustalığa çatmağın mümkünsüzdür. Təamların yaxşı alınmasında ərzaqların keyfiyyətli olması çox vacibdir. Yeri gəlmişkən "INTOURIST” restoranında biz ancaq yalnız müxtəlif ölkələrdən gətirilən ən yaxşı ərzaqlardan istifadə edirik. 

- Həmkarlarınızdan hansıların işini məhsuldar və maraqlı adlandıra bilərsiniz? 

- Azərbaycana Cənubi Afrikadan gələn baş-aşpazımız Nilin və həmrakım Vüqarın adını çəkə bilərəm. Bizim bu gün çox maraqlı əməkdaşlığımız var, bu mənə yeni biliklərə və təcrübələr qazanmağa imkan verib. 

Nil çox kreativ insandır, hazırda yerli mentallığı fəal şəkildə öyrənir, onun sahəsi pastalar və pizzalardır. Nil özünün kulinar bacarıqlarını Azərbaycan publikasının sorğularına cavab verməyə və cənubi afrika mətbəxinin incəliklərini və xırdalıqlarını burda tətbiq etməyə həsr edib. 

Vüqar İtalyan mətbəxin ən dərin bilicilərindən sayılır, pasta və pizzalar da onun sahəsidir. Bu insandan çox ciddi əsəb tələb edən sahədir, Vüqar çox soyuqqanlı və təmkinli insandır, bu ona ən nəfis italyan təamları hazırlamağa imkan verir. Biz Nillə isə yerli təamlar üzrə ixtisaslaşırıq. Bizim əməkdaşlığışız ən xırda detallara qədər hesablanıb, Nil personal üçün təkcə baş-aşpaz deyil, həm də müəllim və dostdur. 

Bizim ümumiyyətlə çox yaxşı komandamız var, bu "ABSHERON Hotel Group” iş siyasəti sayəsində mümkün olub. 

- Mətbəxinizin uğurunun sirri nədir?

- Keyfiyyət, ərzaqların və təamların görüntüsünün dizaynı əlbəttə ki, əgər yemək gözəl görünürsə, onu mütləq yemək istəyəcəklər. Həmçinin rəngarəng və balanslaşdırılmış menyu və qonağa düzgün məsləhət verməyi bacaran savadlı personalı da unutmaq olmaz. 

- "INTOURIST” otelinin konsepsiyasından danışardınız. 

- Bizim menyumuzun əsasını burger təşkil edir, biz qonaqlarımıza 10 növdə, dünyanın 10 ölkəsinin orijial reseptləriylə hazırlanan burgerlər təklif edirik, ərzaqlar da bu ölkələrdən gətirilir. 
Həmçinin "INTOURIST” qonaqlarına "BB CHAMPAGNE BAR”ı təklif edir, bu Bakıda yeganə yerdir ki, 30-dan çox növdə şampan içkisi və mümkün ola biləcək bütün növlərdə içkilər və köhnə şərabları var.

Restoranımızın üstünlüklərindən biri də açıq mətbəxdir, burada açıq soba var, bunun sayəsində yeməklər oradaca bişirilir. Seçilmiş aşpazlar mətbəxdə işləyir, qonaqlarımız da məmnuniyyətlə onların iş prosesini müşahidə edirlər. 

- Menyunun hazırlanmasında iştirak edirsinizmi? 

- Aktiv şəkildə! Menyu bizdə ilin 4 fəsli üçün nəzərdə tutulub hər 3 aydan biri dəyişir. İnanın mənə, nadir restoranlar bunu edə bilərlər. 

Biz qonaqlarımıza Argentia inəklərinin ətindən steyk, istisnasız olaraq diri balıqdan hazırlanmış balıq təamları, pastalar, pizzalar, desertlər, özümüzün hazırladığıçı çörəklər, hətta dondurmalar təklif edirik. 

Həmçinin bizim vegeterianlar üçün də xüsusi işarələrlə menyumuz var. 

"INTOURIST” restoranının üstünlüklərindən biri də uşaqlar üçün xüsusi yeməklərin olmasıdır. O cümlədən biz pəhrizdə olan və fiquralarına diqqət edən qadınlar üçün də istisna yeməklər hazırlayırıq. 

- Yeni yeməklər barədə ideyaları hardan alırsınız? 

- Daxilimdən gələn ilham buna kömək edir, təcrübə, öyrəndiklərim öxüməməxsus yeniliklər etməyə imkan verir. Mənimçün yeməklər hazırlamaq dad və yeməyin gözəlliyinin harmoniyasıdır, ona görə də incəsətsiz bu peşə heçdir. 

Hazırda "ABSHERON Hotel Group” Azərbaycanın ən yaxşı otelləri sayılan "Boulevard Hotel", "PIK PALACE SHAHDAG", "PARK CHALET SHAHDAG2, "Şamaxı Palace Hotel"lərə nəzarət edir. Ancaq bu şirkətin tarixində ən əlamətdar hadisələrdən biri Bakının keçmiş əfsanəsi "köhnə inturist”in "Intourist” otelinin yenidən doğulması oldu.  

"Köhnə inturist”in yenidən ortaya çıxması zamanın və məkanın yerdəyişməsi, keçmiş epoxanın qoxularının və möhtəşəm hadisələrin geridönüşüdür. İndidən sonra "Intourist” otelinin gənc əməkdaş nəsli bu unikal binanın yeni əfsanəsini yaradacaqlar və o, bugünkü Bakının, dünyanın ən gözəl şəhərlərindən birinin tarixinə qızıl hərflərlə yazılacaq. 

Materialı Bəhram Bazğırzadə təqdim edib. 
 













www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM