2 azərbaycanlı "donuz qripi"nə yoluxdu - Vəziyyətləri ağırdır

16:07 | 17.01.2019
2 azərbaycanlı

2 azərbaycanlı "donuz qripi"nə yoluxdu - Vəziyyətləri ağırdır

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. 

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM