2-ci sinif şagirdinin ölüm səbəbi bilindi

15:05 | 25.09.2018
2-ci sinif şagirdinin ölüm səbəbi bilindi

2-ci sinif şagirdinin ölüm səbəbi bilindi

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

"Qafqazinfo” unikal.org-a istinadən xəbər verir ki, hadisə tənəffüs zamanı yaşanıb. Xəlilov Sabir Adil oğlunun anginası olub. Yemək yeyən zaman müəlliminə yaxınlaşaraq boğulduğunu söyləyib.

Məktəblinin tənəffüsdə içərisində sosiska olan çörək yeyərkən boğulduğu qeyd olunub.

***

"Qafqazinfo” sözügedən hadisə ilə bağlı məktəblə əlaqə saxlayıb. Bildirilib ki, 2011-ci il təvəllüdlü S. Xəlilov məktəbin II "ğ" sinfində təhsil alıb. Hadisə dünən saat 16:40 radələrində baş verib.

Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM