Misirin paytaxtı Qahirə şəhərinin şimalında, Nil çayının yük gəmisi sərnişin gəmisi ilə toqquşub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qəza zamanı aralarında 2 balaca uşaq olmaqla ən azı 15 nəfər həlak olub.
Misir polisi yük gəmisinin kapitanını və kapitan köməkçisini şübhəli şəxs qismində saxlayıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, sərnişin gəmisindəki 25 srnişindən 6-ı xilas edilib, 4 nəfər itkin düşüb.
Təhlükəsizlik və xəstəxana qaynaqları sərnişin gəmisində çox sayda uşağın olduğunu və yaşlarının bəlli olmayan 2 uşağın həlak olduğunu açıqlayıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !