Missiya.Az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ərazilərin qaytarılması məsələsini konkret olaraq irəli sürəcək. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq aparılır.
"Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.
Lakin Ermənistanın narahatlığı bununla yekunlaşmır. Gözləntilərə görə, assambleyada Türkiyə, Gürcüstan və Azərbaycan Dağlıq Qarabağ, o cümlədən, Abxaziya problemi ilə bağlı birgə mövqe ortaya qoyacaqlar.
Rusiyalı politoloq Aleksandr Krılov deyir ki, Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan son anda imtina etməsinin səbəbi də budur: "Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan imtina etməsinin səbəbləri haqda danışarkən, mən diqqəti regional kontekstə yönəltmək istəyirəm. Söhbət regionda Türkiyə, Gürcüstan və Azərbaycanın güclənən ittifaqından gedir. Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Türkiyə, Gürcüstan və Azərbaycan Qarabağ və Abxaziya problemi ilə bağlı birgə mövqe sərgiləyəcəklər. Gürcüstan da Türkiyə və Azərbaycanın Qarabağla bağlı bəyanatına qoşulacaq. Bu, Ermənistan üçün yaxşı variant deyil. Həmçinin, belə vəziyyət regionda gərginliyin artan templə davam etdiyini göstərir. Baş verənlər fonunda Ermənistan qərar qəbul etdi ki, NATO-nun təlimlərində iştirak etmək məqsədəuyğun deyil”.
Qeyd edək ki, Ermənistanın NATO təlimlərində iştirakdan son anda imtina etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Lakin sonradan sirlər açılır və əsl səbəblər ortaya çıxır. Xüsusilə İrəvanda qapalı Qarabağ müzakirələrinin keçirilməsi erməni rəhbərliyinin baş verənlərdən ciddi şəkildə narahat olduğunu göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !