Xaçmazda iki qadın göbələkdən zəhərlənib, onlardan biri ölüb. Bu barədə report məlumat verib.
Belə ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.
Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından qadınların səhhəti ilə bağlı Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !