• $
  • €
  • ₽
  • ₺
  • £

2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik ola bilər?- AÇIQLAMA

2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik ola bilər?- AÇIQLAMA
08.07.2020 17:10
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib.

Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. 

Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər.

Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS icazə vaxtını yarı bölüb, 1 saat olmaqla iki dəfə icazə almaq hüququnun verilməsini xahiş edir. 

Milli Məclisin üzvü Aydın Mirzəzadə vətəndaşlardan gələn bu təklifi alqışladı. 



Aydın Mirzəzadə bildirib ki, 2 saatlıq SMS icazəni hərəsi 1 saat olmaqla iki yerə bölünməsi təklifinin faydalı olduğunu düşünür.

"Mən də  düşünürəm ki, vətəndaşlar gün ərzində vacib işlərini bir dəfəyə çatdırmaqda çətinlik çəkir. Vətəndaşın gün ərzində ikinci dəfə vacib işi çıxa bilər və ondan öncə SMS icazədən istifadə etdiyinə görə, problem yarana bilər. Yaxşı olar ki müvafiq dəyişikliklər edilməklə,  vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0.5+1.5 saat hesabı ilə evdən çölə çıxa bilsin. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifimi dəyərləndirəcək.Bununla bağlı proqram hazırlamaq olar. Məsələni sosial şəbəkələrdə də ictimailəşdirəcəyəm”, - deyə deputat bildirib.
 
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla da ANEWS.az-a öz fikirlərini bölüşüb.



"Ümumiyyətlə, karantin rejimi ilə bağlı tədbirlər görüləndə hərtərəfli nəzərə alınmalıdır. Təəssüflər olsun ki, hazırda bu cür problemlər ortaya  çıxır. İndiki verilən qərarlarda maraqlı təzad var. İnsanların ictimai yerlərdə, küçələrdə az olması üçün 2 saatlıq icazə limiti verilsə də, digər tərəfdən isə  ictimai nəqliyyat olan metro stansiyaları bağlayıblar. Avtobuslarda insanların çox sıx təmasda olduğu faktını görürük.  Bəs bu karantin rejimi nəyə xidmət edir? Karantin tədbirləri elə keçirilməlidir ki, sosial məsafə mütləq qorunmalı, insanların təması məhdudlaşdırılmalıdır. Amma təəssüf ki, biz bunun əksinə şahid oluruq. Hesab edirəm ki, bu cürə karantin rejimi ləğv edilməlidi, daha çox insanların davranışlarına diqqət verilməlidir”.

Həkim sonda əlavə edib ki, maarifləndirmə işlərini artırmaq çətin proses kimi görülsə də, bu istiqamətdə işlər görülmək vacibdir.

Samirə Əli
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol