“ASAN Kommunal” vətəndaşlara 3 yeni xidmət göstəriləcək

13:20 | 12.07.2017
“ASAN Kommunal”  vətəndaşlara 3 yeni xidmət göstəriləcək

“ASAN Kommunal” vətəndaşlara 3 yeni xidmət göstəriləcək

Bu gündən vətəndaşlar 2 saylı "ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.

anews.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, xidmətlərin "ASAN xidmət” mərkəzləri ilə yanaşı, 2 saylı "ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Bildirilib ki, əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası, vətəndaş məmnunluğuna nail olmaqdır.

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri, saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, "ASAN Kommunal” mərkəzlərində vətəndaşlara "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM