2 ton qan toplandı - AKSİYA

00:00 | 15.11.2013
2 ton qan toplandı - AKSİYA

2 ton qan toplandı - AKSİYA

Noyabrın 14-də Aşura günü ilə əlaqədar 8:00-dən başlayan “Aşura günü qan vermə” aksiyası bu saatlarda bitib.

 

Bu barədə Lent.az-a Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib. O, bildirib ki, bu gün 4437 nəfər ümumi qan aksiyasında iştirak edib. Onların 2979-u Bakı şəhəri, 1458 nəfəri isə bölgələr üzrədir. Ümumi toplanan qanın miqdarı 2 tona yaxındır.

 

Qeyd edək ki, ötən il qan aksiyasında 4007 donor iştirak etmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM