20 ailə Talış kəndinə köçürülüb

14:06 | 16.03.2023
İşğaldan azad olunmuş Tərtərin Talış kəndinə 90 nəfər olmaqla iyirmi ailə köçürülüb. Bu barədə Azərtac xəbər verib. 
 
Vətəndaşların köçürülməsi prezidentin təsdiq etdiyi "Böyük Qaydış" proqramının icrasının davamıdır.  Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb.
 
"Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib.
 
Görüşdə, həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb