Səudiyyə Ərəbistanı vətəndaşı 20 il qulağında məktəb şparqalkası ilə yaşayıb. Həkimlər kişinin güclü ağrı hiss etdiyi zaman onun qulağından yad cisim aşkar ediblər. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən xəbər verir.
Kağız parçasını Səudiyyə Ərəbistanı vətəndaşı məktəbli ikən imtahandan əvvəl qulağında gizlədibmiş. Şparqalka ona imtahanı müvəffəqiyyətlə verməyə kömək edib. Bundan xeyli vaxt keçib, o, universiteti bitirib, ailə həyatı qurub və uşaqları olub. Görünür ki, əgər zamanla boynunda və qulağında güclü ağrılar hiss etməyə başlamasaydı, həmişəlik bu gülünc hadisəni unudacaqdı.
Kişi bunun adi qulaq kiri olduğunu düşünərək həkimlərə müraciət edir. Həkimlər onun qulağından şparqalkanı çıxardanda isə o, son dərəcə təəccüblənir. Bundan sonra özü bu hərəkətindən utandığını bildirib və uşaqlarını ondan nümunə götürməməyə çağırıb.
Trend