"20 Yanvar dairəsinin ləğv edilməsi hələlik ideyadır”, bu sözləri Teleqraf.com-a açıqlamasında "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, dairənin ləğvinin konkret tarixi barədə məlumat yoxdur: "Mütəxəsislər 20 Yanvar dairəsinin də nə zamansa ləğv olunmasını təklif kimi irəli sürüblər. Ancaq təklifin nə vaxt reallaşacağı bilinmir. Əgər təklif qəbul edilib dairə ləğv edilsə, başqa bir hərəkət istiqamətlərinə uyğun təhlükəsizlik adacıqları yaradıla bilər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !