Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 319 nəfər 20 Yanvar əlilinin və 115 şəhid ailəsinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, o cümlədən I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğlərində Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunmuşdur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və şəhid ailəsi mənzillə, 58 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilmişdir. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bu təbəqədən olan vətəndaşlarla görüşlər keçirilir, onlara birdəfəlik maddi yardımlar verilir, onların ölkə daxilində və xaricdə müalicəsi, sosial-məişət problemlərinin həlli, yay mövsümündə ölkənin müxtəlif istirahət zonalarında dincəlmələrinin təşkili istiqamətində müvafiq işlər görülür.Eyni zamanda, istedadlı əlillərin iştirakı ilə keçirilən ümumrespublika səviyyəli yaradıcılıq müsabiqələri və idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !