Sabah 20 yanvar - ümummilli matəm günü ilə əlaqədar Bakının bəzi yollarında avtomobillərin hərəkəti qadağan ediləcək. ANS PRESS-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sabah saat 8-dən mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !