Mərasimdə Kanadada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb.
O, vurğulayıb ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Azərbaycan diasporunun üzvləri də 20 yanvar faciəsi barədə fikirlərini bölüşüb və Azərbaycanın müstəqilliyi və suverenliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.
Çıxışlardan sonra 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı 20 yanvar qanlı hadisələri barəsində sənədli film və fotolar da nümayiş etdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !