Anews.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, saat 20:00-dan etibarən "Azərsu" istiqamətindəki keçid sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, metro keçidinin hansı səbəbdən bağlaması barədə dəqiq məlumat yoxdur.
***
Bakı metrosunun "20 Yanvar" stansiyasının keçidlərindən biri bağlanıb.
Publika.az xəbər verir ki, stansiyanın "Azərsu" ASC istiqamətindəki çıxışı məlum olmayan səbəbdən bağlanıb, əraziyə polis və FHN əməkdaşları cəlb olunub.
Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib.
"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, bağlanan keçid qurumun balansında deyil.
""Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”. (azvision.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !