200 gün dəlixanada yatan Qarabağ qazisi özünü yandırmağa cəhd edib - VİDEO

12:20 | 07.07.2023
200 gün dəlixanada yatan Qarabağ qazisi özünü yandırmağa cəhd edib - VİDEO

200 gün dəlixanada yatan Qarabağ qazisi özünü yandırmağa cəhd edib - VİDEO

Xocavənd rayon sakini qazi Ceyhun Mirzəyev sağlamlığında ciddi problemlər olmasına baxmayaraq, ona əlillik təyin edilmir. O bu səbəbdən  Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz edib.
 
Qazi deyir ki, uzun həkim yoxlamalarından keçdikdən sonra iki dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Amma hər iki müraciətə də imtina cavabı gəlib.
 


Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov anews.az-a bildirib ki, Xocavənd rayon sakini Zeynalov Ceyhun Mübariz oğluna Vətən müharibəsində iştirak etdiyinə görə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub və aylıq olaraq təqaüdünün ödənişi davam etdirilir, həmçinin vətəndaşa 550 manat məbləğində birdəfəlik sığorta ödənişi ödənilib.

"Ceyhun Zeynalov əlillik vəziyyətinin qiymətləndirilməsi üçün ilk dəfə 13.12.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib və şəxsin müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib. Vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı yeni göndərişi əsasında o, 16.06.2023-cü il tarixdə yenidən Agentliyə əyani müayinəyə dəvət edilib və əlavə müayinəsi aparılıb. Müayinə zamanı Ceyhun Zeynalovun hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən davranış pozuntuları müşahidə edilməyib. Həmçinin şəxsin təqdim etdiyi tibbi sənəddə qeyd olunan diaqnoz əlamətləri müayinə zamanı öz təsdiqini tapmayıb", - o deyib.
 
Eltac Nurullazadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM