200 milyon avronu rədd etdi

21:27 | 22.07.2014
200 milyon avronu rədd etdi

200 milyon avronu rədd etdi

Son İspaniya çempionu "Atletiko Madrid" 200 milyon avro dəyərindəki transfer təkliflərini rədd edib.ANS PRESS-in məlumatına görə, İspan klubu Miranda, Xuanfran, Arda Turan, Qodin və Mario Suarezə gələn transfer təkliflərini qəbul etməyib. "Barselona", Mançester Yunayted", "Arsenal", "Bavariya", "İnter", "Napoli" və "Tottenxem" kimi klubların transfer təklifləri cəzb edici olsada "Atletiko Madrid" futbolçularını satmaqda maraqlı deyil. Çempion olduqdan sonra heyətində ulduz futbolçuları saxlamaqda çətinlik çəkən klub baş məşqçinin göstərişindən sonra belə bir qərara gəlib.Əsas qapıçısı Tiba Kurtuanı əlində saxlaya bilməyən klub Dieqo Kosta və Felipe Luizi "Çelsi"yə satıb. Bu transferlərdən 58 milyon avro qazanan "Atletiko Madrid" Adrianı da "Portu"ya 11 milyon avroya sataraq xəzinəsini doldurub. Müqaviləsi bitən Dieqo və David Villa ilə də yollarını ayıran komandaya yeni futbolçular da alınıb.Gedən oyunçuların əvəzinə əhəmiyyətli transferlər edən "Atletiko Madrid" "Bavariya"nın hücumçusu Mario Mandzukiçi, qapıya isə Jan Oblakı transfer edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM