2013-cü ildə karyerasını başa vuran ulduzlar - SİYAHI

13:10 | 08.01.2014
2013-cü ildə karyerasını başa vuran ulduzlar - SİYAHI

2013-cü ildə karyerasını başa vuran ulduzlar - SİYAHI

Geridə qalan 2013-cü ildə futbol dünyasının bir sıra ulduzları karyeralarını başa vurublar.Qol.Az-ın məlumatına görə, bu ulduzlar sırasında qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər, hücumçular və hətta baş məşqçilər də olub.Devid Bekhem, Luis Saha, Maykl Ouen, Alessandro Nesta, Deko Frederik Kanute kimi ulduz oyunçular ötən il müxtəlif yaşlarında futbolla vidalaşıblar.Baş məşqçilərdən isə Ser Aleks Fergüsson və Yupp Haynkes fərqləniblər. 27 il "Mançester Yunayted" klubunu çalışdıran şotlandiyalı mütəxəssis ötən mövsümün sonunda məşqçilik karyerasına son qoyub. Ötən mövsüm "Bavariya"ya Almaniya çempionluğu və Çempionlar Liqasını qazandıran Haynkes də məhz 2013-cü ildə baş məşqçiliklə vidalaşıb. Qapıçılar: Ulrix Rame (41 yaş - "Bordo"), Rikardo Lopez (42 - "Osasuna")Müdafiəçilər: Tomas Uyfaluji (35 - "Qalatasaray"), Alessandro Nesta (37 - "Montreal İmpakt"), Fil Nevill (36 - "Everton"), Cimi Karager (35 - "Liverpul"),Yarımmüdafiəçilər: Devid Bekhem (38 - PSJ), Pol Skoulz (39 - "Mançester Yunayted"), Deko (36 - "Fluminense"), Mark van Bommel (36 - PSV), Cennaro Gattuso (35 - "Milan"), Deyan Stankoviç (35 - "İnter"), Kieron Dayer (34 - "Middlsbro"), David Albelda (36 - "Valensiya"), Tomaş Hitzlsperger (31 - "Everton")Hücumçular: Maykl Ouen (34 - "Stok Siti"), Luis Saha (34 - "Latsio"), Lüdovik Jüli (36 - "Monts d'Or Azergues Fut"), Frederik Kanute (36 - "Sevilya") Baş məşqçilər: Ser Aleks Fergüsson (71 - "Mançester Yunayted"), Yupp Haynkes (68 - "Bavariya")ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM