Mərkəzi Nyu Yorkda yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) 2013-cü ildə terror qurbanı olmuş insanların sayını açıqlayıb.
ANN.Az Qaynar.info-ya istinadən xəbər verir ki, ötən il 60 ölkədə baş verən terror aktlarında 17 min 958 nəfər həlak olub.
2013-cü ildə ümumilikdə 10 min terror aktı qeydə alınıb. Bu 2012-ci illə müqayisədə 44 faiz artım deməkdir. Təşkilatın hesabatında bildirilir ki, terror aktlarının 66 faizini İŞİD, "Əl-Qaidə", "Boko Haram" və "Taliban" təşkilatları təşkil edib. 2000-2013-cü illərdə ən çox insanın ölümünə səbəb olan "Taliban"ın qurbanlarının sayı 8 min 763 nəfrdir. İkinci yeri 8 min 585 nəfəri öldürən "Əl-Qaidə" tutur. İlk üçlüyü "Boko Haram" qapayır - 3 min 440 nəfər. Bu il bütün dünyanı qorxuya salan İŞİD-in qurbanları isə 3 min 111 nəfərə çatıb.Hesabatda bildirilir ki, İraq terrora ən çox qurban verən ölkədir. Bu ölkədə 6 min 362 nəfər terrorçuların qurbanı olub. Terrorun təsir etdiyi 162 ölkə arasında Türkiyə 17-ci olub. Qardaş ölkədə 2013-cü ildə 34 terror aktı qeydə alınıb və 57 nəfər ölüb, 162 nəfər yaralanıb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !