2013-cü ilin ən yaxşı məşqçiləri - SİYAHI

14:52 | 10.01.2014
2013-cü ilin ən yaxşı məşqçiləri - SİYAHI

2013-cü ilin ən yaxşı məşqçiləri - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü il üçün dünyanın ən güclü məşqçilərinin adlarını açıqlayıb.Qol.Az-ın məlumatına görə, ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Yupp Haynkes 2013-cü ilin ən yaxşısı seçilib.Almaniyalı mütəxəssis səsvermədə 216 xalla bütün rəqiblərini geridə qoyub. Çempionlar Liqasının son finalçısı "Borussiya" (Dortmund) klubunun çalışdırıcısı Yurgen Klopp 101 xalla siyahıda ikinci olub.Daha öncə "Land of Fire Azerbaijan", hazırda isə "Baku-2015" forması ilə çıxış edən "Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone isə 61 xalla ilk "üç"lüyü qapayıb. 1. Yupp Haynkes ("Bavariya") - 216 xal 2. Yurgen Klopp ("Borussiya", Dortmund) - 101 xal 3. Dieqo Simeone ("Atletiko", Madrid) - 61 xal 4. Ser Aleks Fergüsson ("Mançester Yunayted") - 33 xal 5. Xosep Qvardiola ("Bavariya") - 30 xal 6. Arsen Venger ("Arsenal") - 29 xal 7. Joze Mourinyo ("Real", "Çelsi") - 10 xal 8. Antonio Konte ("Yuventus") - 3 xal 9. Xorxe Xesus ("Sportinq", "Benfika") - 3 xal ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti