2013-cü ilin ən yaxşı qapıçıları

12:45 | 07.01.2014
2013-cü ilin ən yaxşı qapıçıları

2013-cü ilin ən yaxşı qapıçıları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Münhenin “Bayern” klubunun və Almaniya yığmasının qolkiperi Manuel Noyer 2013-cü ilin ən güclü qapıçısı seçilib.Klubun heyətində həm Çempionlar Liqası, həm də klublararası dünya çempionatının qalibi olan almaniyalı bütün rəqiblərini aşkar qabaqlayıb. Belə ki, səsvermədə 211 xal yığan Noyer ən yaxın izləyicisi olan “Yuventus”un canlı əfsanəsi Canluici Buffonu təxminə 3 dəfə qabaqlayıb. İtaliyalı qapıçı cəmi 78 xal toplayıb. Səsvermənin yekununda 3-cü çexiyalı Petr Çex (“Çelsi”, 64), 4-cü belçikalı Tibo Kurtua (“Atletiko”, 54), 5-ci ispaniyalı Viktor Valdes (“Barselona”, 53), 5-ci onun həmyerlisi İker Kasilyas (“Real”, 23) və 7-ci italiyalı Salvator Siriqu (PSJ, 5) olub.Qeyd edək ki, sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, ilk 2 pillənin sahibini düzgün müəyyənləşdirib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb