2014-cü ildə Azərbaycanda mənzillər bahalaşacaqmı?

17:47 | 13.01.2014
2014-cü ildə Azərbaycanda mənzillər bahalaşacaqmı?

2014-cü ildə Azərbaycanda mənzillər bahalaşacaqmı?

2014-cü ildə Azərbaycanın daşınmaz əmlak bazarında fəallığın azalacağı gözlənilir.Ekspertlər belə düşünür.Oxu.Az xəbər verir ki, “MBA” LTD konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimovun 1news.az-a bildirdiyinə görə, ötən 2013-cü illə müqayisədə 2014-cü ildə daşınmaz əmlak bazarında aktivlik azalacaq.Bu isə daşınmaz əmlak bazarında qiymətlərin 2013-cü ildə olduğu kimi sürətlə yüksəlməyəcəyi deməkdir.“Ötən il bazarda qiymətlər 11% artıb. Bu, əsasən mənzil seqmentində qeydə alınıb – mənzillərin qiyməti orta hesabla 25% artıb. Biz 2014-cü ilin qiymətlərin artımı baxımından o qədər də aqressiv olmayacağını gözləyirik. Proqnozlara görə, bu il qiymətlər bazar üzrə 6-8%, mənzil seqmenti üzrə 10-12% bahalaşacaq”.Ekspert mənzil bazarında aktivliyin proqnozlaşdırılan azalmasını bazarın “qızması”, digər sözlə - tələbatın azalması ilə əlaqələndirir.“2013-cü ildə qiymətlər çox artıb, əhalinin alıcılıq qabiliyyətinin həddini aşıb. Buna görə də, böyük ehtimalla 2014-cü ildə həm yaşayış, həm də qeyri-yaşayış seqmentində potensial alıcılar az olacaq və bazarın aktivliyi azalacaq”, - deyə, Nüsrət İbrahimov bildirib.O, həmçinin qeyd edib ki, 2014-cü ildə mənzillər üzrə kommersiya krediti həcmlərinin azalacağını da gözləmək lazımdır.“Kreditləşdirmə həcmi qiymət artımını saxlamaq məqsədilə azalacaq. Güman edirəm ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə işləyəcək”, - deyə, şirkət rəhbəri bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM