2014-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı göstəricisi 5,4 faiz artaraq 479,4 manata çatacaq.
ANN.Az-ın məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Prtiyasının saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, bu inflyasiya proqnozundan xeyli yüksəkdir, inflyasiyanın 3,5 faiz olacağı gözlənilir.
DSMF sədri bildirib ki, 2014-cü ildə iqtisadi fəal əhalinin orta illik sayı 4784 min nəfər olacaq, bundan iqtisadiyyatda məşğul olanların sayının 4557 min nəfər və muzdla işləyənlərin orta illik sayının 1542 min nəfər təşkil edəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !