ANN.Az dünya mətbuatına istinadən 2014-ci ildə dünyada baş verən mühüm hadisələri sizə təqdim edir:
1. Tarixdə ilk dəfə insan istehsalı olan kosmik aparat kometə enməyi bacardı
Avropa Kosmos Agentliyi tərəfindən 2 mart 2004-cü il tarixində buraxılan və Yerdən ayrıldıqdan sonra 6 milyard kilometrdən çox yol qət edən "Rosetta" kosmik aparatı 10 illik bir səfərdən sonra 6 avqustda 67P adlı kometə daxil oldu. 12 Noyabrda "Philae" kəşfiyyat aparatını kometə səthinə endirməyi bacardı.
2. Dünya Kubokunun sahibi almanlar oldu
12 iyun ilə 13 iyul tarixləri arasında Braziliyada təşkil edilən 2014-cül Dünya Kubokunun qalibi Almaniya oldu.
3. İsrail Qəzzaya qurudan hərəkatı başladı
İsrailin 7 iyulda başlayan və atəşkəsə qədər 51 gün davam edən hücumlarında 2142 fələstinli öldürüldü, 11 min 100 fələstinli yaralandı
4. Riyaziyyatçı Məryəm Mirzaxani "Fields" medalını alan ilk qadın oldu
Bu mükafat "Riyaziyyatın Nobeli" kimi sayılır.
5. Atmosferdəki zəhərli qaz sıxlığı 800 min ildə ən yüksək həddə çatdı
7. Kiyevdə nümayişçilər Müstəqillik Meydanı işğal etdi
20 Fevral tarixində 100-dən çox adam öldü.
8. ABŞ-lı aktyor Robin Uilliams vəfat etdi
9. Ebola epidemiyası can almağa başladı
10 dekabr 2014-cü il məlumatlarına görə, dünyada Eboladan 6 min 300 adam ölüb.
10. Krım əvvəl müstəqillik elan etdi, sonra Rusiyaya qatıldı
11. Messi tarixə adını yazdırmağa davam edir
"Barcelona"nın argentinalı ulduzu Lionel Messi bir klub formasıyla Çempionlar Liqasında ən çox qol vuran oyunçu oldu. Çempionlar Liqasında 90 matçda 71 qol vuraraq, Raulu geridə qoydu və Çempionlar Liqası tarixinin ən qolçu oyunçusu oldu.
12. Fergusonda 18 yaşlı Maykl Broun polis tərəfindən öldürüldü
ABŞ-da etiraz aksiyaları başladı
13. Qabriel Qarsia Markez vəfat etdi
14. Yaxın Şərqdə İŞİD təhlükəsi gücləndi
Amerikan kəşfiyyatının açıqlamasına görə İŞİD gündəlik 3 milyon dollarlıq qazancla ən zəngin terror təşkilatıdır.
15. "Buzlu su" aksiyası
ALS xəstəliyinə diqqət çəkmək üçün "buzlu su" kampaniyası başladıldı. Amerikada 30 milyon dollar toplanıldı.
16. Malayziya təyyarəsi itkin düşdü
İtmiş Malayziya təyyarəsini axtarış işləri tarixin ən mürəkkəb axtarış işi kimi yadda qaldı.
17. Cənubi Koreyada tarixin ən böyük dəniz qəzalarından biri yaşandı
16 Aprel tarixində Cənubi Koreyada meydana gələn bərə faciəsində 300-dən çox adam öldü
18. Putin "dünyanın ən nüfuzlu şəxsi" oldu
Forbes jurnalının hazırladığı siyahıda Putin Obamanı geridə qoyaraq birinci oldu.
19. Məşhurların "iCloud" hesabları hack olundu
Məşhurların çılpaq fotoşəkilləri internetə sızdırıldı.
20. "Dünyanın ən böyük iqtisadiyyatı" adını Çin qazandı
21. Ukraynadakı atəşkəs ölümləri dayandırmadı
22. Transeksual müğənni Avstriyaya "Eurovision"da qələbə qazandırdı
Danimarkanın paytaxtı Kopenhagendə təşkil edilən 59-cu "Eurovision" Mahnı Yarışmasında "saqqallı ledi" Konçita Vurst birinci oldu.
23. Nigeriyada İslamçı Boko Haram 300-dən çox qız şagirdi qaçırdı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !