2014-cü ili bəzi bakılılar göydə qarşılayacaq - Video

23:33 | 09.12.2013
2014-cü ili bəzi bakılılar göydə qarşılayacaq - Video

2014-cü ili bəzi bakılılar göydə qarşılayacaq - Video

“Bakının gözləri” adlanan müşahidə çarxında Yeni ilə özəl servis düşünülürAnspress xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Dəniz Kənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Bakı bulvarında Yeni illə bağlı görülən hazırlıqlardan danışan yüksək çinli məmur dekabrın sonuna kimi Bakı bulvarında yeni müşahidə çarxının istifadəyə veriləcəyini deyib.Yeni müşahidə çarxının hündürlüyünün 60 metr olduğunu söyləyən Nazim Məcidov müştərilərin 8 nəfərlik kameralara yerləşdiriləcəyini söyləyib ki, bu da müşahidə çarxının yağışlı və qarlı günlərdə də xidmət göstərməsinə imkan yaradır. "Bakının gözləri" adlanan müşahidə çarxında həmçinin Yeni il özəl servis düşünülür ki, bəzi bakılılar və şəhərin qonaqları il dəyişən dəqiqələri göydə keçirə biləcəklər…Verlişin tam mətni videoformatda:

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM