20 Yanvar faciəsinin 24-cü ildönümündə müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər havanın tutqun olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Gündüz buludlu hava şəraiti davam edəcək, günün ikinci yarısında az yağıntılı olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu səhər və gündüz 5 dərəcəyədək isti olacaq. Axşam hava şəraiti arabir yağıntılı olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 3 dərəcə isti olacaq. Yanvarın 20-də səhər Azərbaycanın bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Balakən-Şəki zonasında yağıntılar intensiv olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !