Bakıda və Abşeron yarımadasında - dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ANS PRESS-in verdiyi məlumata görə, səhər zəif duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq, atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında - arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında - əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam isə şərq rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - arabir yağıntılı olacaq, səhər dağlarda duman ehtimalı var. Temperatur gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
ANN.Az