Yeni ilin ilk körpəsi saat 00:20-də 5 nömrəli doğum evində dünyaya gəlib.
Nərgiz Rəhimovanın dünyaya gətirdiyi ilin ilk uşağı oğlandır, çəkisi 3 kq, boyu 50 sm-dir.
Xəstəxananın ginekoloqu Aygün Qasımovanın verdiyi məlumata görə ana-balanın vəziyyəti normaldır, doğuş təbii yolla baş verib.
Qeyd edək ki, ana Nərgiz Rəhimova 5 ildir ki, övlad həsrəti ilə yaşayırdı və yeni ilin ilk günündə ilk övlad sevincinə qovuşdu.
İnterpres.az
Bizi sosial şəbəkələrdə izləyin !