2014-cü ildə müharibələr bəşəriyyətə 14 trilyon dollara başa gəlib

17:58 | 18.06.2015
2014-cü ildə müharibələr bəşəriyyətə 14 trilyon dollara başa gəlib

2014-cü ildə müharibələr bəşəriyyətə 14 trilyon dollara başa gəlib

180 min insan bu silahlı münaqişələrin qurbanı olub.

Yer kürəsində 2014-cü ildə baş verən silahlı münaqişələr 14 trilyon dollara başa gəlib, bu barədə Avstraliyanın iqtisadiyyat və dünya institutunun məruzəsində deyilir. Bu məbləğ ümumdünya ÜDM-nin 13,4%-nə müvafiqdir. 2008-ci illə müqayisədə müharibəyə xərclər 15,3% artıb. Silahlı münaqişələrin qurbanları ötən ildə 180 min insan olub, daha 20 min insan isə terror aktları nəticəsində həlak olub.  

Bu, 2010-cu ildə olan göstəricidən üç dəfə çoxdur. Yalnız Suriyada 2014-cü ildə 71 insan həlak olub. Bu ölkə institut tərəfindən 23 meyar üzrə öyrənilmiş 162 dövlətin siyahısını tamamlayır. Bu meyarlara müdafiə xərcləri, təcavüz cinayətlərinin səviyyəsi, qaçqınların sayı və sosial təhlükəsizlik daxildir. Suriya bir qədər İraq və Əfqanıstandan irəlidədir. Ümumilikdə Yaxın Şərq və Şimali Afrika dünyada ən təhlükəli region hesab edilir. Burada "münaqişələr nəzarətdən çıxaraq terror təhlükəsini qonşu ölkələrə yansıdır”.

Silahlı münaqişələr nəticəsində 50 milyon insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bu, İkinci Dünya Müharibəsi bitdikdən sonra qeyd olunan ən yüksək göstəricidir. İnstitutun ekspertlərinin nəticəsinə görə, dünyada sülhün bərqərar olduğu region Avropadır. Ən yüksək qiymətə isə Danimarka, Avstriya və İsveçrə layiq görülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM