APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə "Deyli Star” nəşri məlumat yayıb.
"Polis qüvvələri dekabrın 12-dən silahlılarla döyüşüb, lakin döyüş sursatının çatışmazlığı onları geri çəkilməyə və şəhəri əldən verməyə məcbur edib”, deyə nəşr şəhərin meri Hüseyn Kasarın sözlərini sitat gətirib.
Döyüşlərdə 19 polis əməkdaşının həlak olduğu bildirilir.
Beləliklə, Anbar əyalətində artıq üçüncü şəhər İŞİD-in nəzarətinə keçib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !