Azərbaycanda bu film qadağan edildi

14:41 | 29.12.2014
Azərbaycanda bu film qadağan edildi

Azərbaycanda bu film qadağan edildi

"Youtube" video portalı Şimali Koreya lideri Kim Çen İndən bəhs edən "Müsahibə” filminin Azərbaycanda izlənilməsinə qadağa qoyub. 

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, film ötən həftə "Soni Pikçers” ("Sony Pictures”) şirkəti tərəfindən "Youtube" video portalına yüklənib.
 
Film internetə yükləndiyi gün 900 mindən çox istifadəçi tərəfindən izlənib və artıq bu günə olan məlumata görə, 4 gün ərzində 15 milyon dollar qazanc əldə edib.
 
Lakin video portala yüklənən filmi Azərbaycanda izləmək mümkün deyil. "Soni Pikçers” şirkətinin rəsmi "Youtube" hesabına yüklənən videonu Azərbaycanda izləmək istəyənlər "bu video ölkənizdə izlənə bilməz” sözləri ilə qarşılaşırlar.
 
Qeyd edək ki, "Youtube" video portalı müəllif hüquqlarından asılı olaraq bəzən videoları ölkə və bölgələrə görə məhdudlaşdıra bilir.
 
Xatırladaq ki, Koreya lideri Kim Çen İndən bəhs edən "Müsahibə” filmini şirkət 2014-cü il dekabrın 18-də Nyu Yorkda nümayiş etdirməyi planlaşdırırdı. Lakin premyera zamanı terror aktı olacağı haqda naməlum hakerlərdən gələn təhdid səbəbindən şirkət tədbiri ləğv etməyə məcbur oldu və filmi internetə yüklədi.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM