Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.
Oxu.Az Rusiya prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Putin göndərdiyi təbrik məktubunda Rusiya-Azərbaycan əlaqələrinin inkişafında son vaxtlar uğurlar əldə edilməsindən məmnunluq ifadə edib.
Rusiya prezidenti həmçinin 2015-ci ildə iki dövlət arasında əlaqələrin daha da genişlənəcəyinə, hər iki xalqın rifahı üçün Cənubi Qafqaz və Xəzər regionunun təhlükəsizliyi və stabilliyi baxımından qarşılıqlı maraqların təmin edilməsi sahəsində uğurlu əməkdaşlığın davam edəcəyinə inandığını vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !