ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADB-nin Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev bildirib.
N.Vəliyev qeyd edib ki, Bankın mütəxəssisləri tərəfindən aparılan ilkin hesablamalara görə, Azərbaycan iqtisadiyyatının 2014-cü ildə 3%, gələn il isə 3,5% artacağı gözlənilir. Bununla yanaşı ölkədəki inflyasiya bu il üçün 2%, 2015-ci il üçün isə 3% səviyyəsində proqnozlaşdırılır.
"Hazırda Asiya regionunun inkişafına Nəzər Bülleteni üzrə iş aparırıq. Bu sənəd təxminən apreldə dərc ediləcək. Azərbaycanın neft-qaz sektoru üzrə proqnozlarımızı Dövlət Neft Şirkəti və BP ilə apardığımız danışıqlar əsasında hazırlayırıq. Araşdırmalarımız fevral ayının ortasında yekunlaşacaq", - deyə Bankın Bakı ofisinin nümayəndəsi bildirib.
N.Vəliyev həmçinin Rusiya rublunun dəyərdən düşməsi prosesinin Orta Asiya ölkələrinə ciddi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, rublun kəskin devalvasiyası xüsusən Tacikistan, Özbəkistan və Qazaxıstana ciddi təsir edib: "Bunun səbəbi isə həmin ölkələrə Rusiyadan daha çox pul baratlarının gəlməsi ilə bağlıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !