ANN.Az Publika.az-a istinadən xəbər verir ki, Ukraynanın "vesti.ua” saytı 2015-ci ildə baş verə biləcək müharibələri araşdırıb.
Sayt Çinin platinlə zəngin olan Myanmanın şimalını faktiki olaraq zəbt etdiyini, ABŞ-ın Avropa və Asiyaya şist qazının ötürülməsini sürətləndirdiyini, Rusiyanın buna qarşı revanşına hazırlaşdığını yazıb: "Neftin qiyməti düşür. Türkiyə Kipr məsələsində Yunanıstanla gərginləşməyə gedir. Növbəti Qarabağ müharibəsi hər an baş verə bilər. Azərbaycan və Ermənistan sərhədində toqquşmalar hər keçən gün artır. Yaponiya öz sularında Rusiya bayrağı ilə balıqçı gəmisini həbs edir və yeni diplomatik qalmaqal yaranır. Yapon səfirini Moskvadan geri çağırırlar. Cənubi Amerikada Venesuela əsas qeyri-sabit nöqtədir”.
"Vesti.ua” Ukraynanın Avropa seçiminin acı nəticələrinə toxunur.
"Ukrayna iqtisadiyyatı iflas edir, ərazilər itirilib, müharibə, ölüm və nifrət evimizin içindədir və bütün bunların aradan qaldırılması üçün onilliklər lazım olacaq. Biz Yanukoviçin getməsinə inanmırdıq. Düşünürdük ki, Ukrayna Belarusa çevriləcək. Biz heç kimin müharibələrdən qorxub işğalçının yanında yer almasını istəmirdik. Hansı ki, İrəvanın taleyi buna nümunədir. Ermənistan II Qarabağ müharibəsindən qorxaraq başıaşağı şəkildə Avrasiya İttifaqına getdi. Bütün bunları heç kim istəmirdi. Lakin dünyada mənzərə dəyişib və 2015-ci il müharibələr ili ola bilər”, - deyə sayt yazıb.
Bu müharibələr sırasına isə Uzaq Şərqdə Çin - Myanma, Yaponiya - Rusiya, Avropada Rusiya - Ukrayna, Türkiyə - Yunanıstan, Qafqazda Ermənistan - Azərbaycan və dünyanı yerindən oynadacaq Qərb və Şərq münaqişələri daxildir.
Sayt bu müharibə ehtimallarının yüksək olduğunu yazıb, fikrini Ukraynadan sonra dünyada yaranmış qarışıq durumla əsaslandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !