2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO

10:34 | 04.02.2015
2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO

2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO

Tayvanın paytaxtı Taipeidə "TranAsia" Hava Yollarına aid daxili marşrut üzrə xəttə buraxılan sərnişin təyyarəsi qəzaya uğrayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, təyyarə aeroportdan havaya qalxandan az sonra naməlum səbəbdən aşağı enməyə başlayıb, körpüyə çırpılıb və daha sonra Kellunq gölünə düşüb.

Təyyarədə 58 adamın olduğu bildirilir. Bu saatlara qədər 9 nəfərin cəsədi çıxarılıb,  18 nəfər sağ çıxıb, xilasetmə işləri davam edir.

Qeyd edək ki, ötən ilin iyul ayında da eyni hava yollarına aid təyyarə Tayvanın Penqhu adaları yaxınlığında fırtınaya düşmüş və 48 nəfər həlak olmuşdu.


ANN.Az
 
 
 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb