ANN.Az Fins.az-a istinadən xəbər verir ki, servisin formatı və strukturu populyar "YouTube” videohostinqinə oxşayacaq.
Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. "Facebook” istifadəçilərinin istənilən videoçarxa baxmaq, onları bəyənmək və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi "YouTube”da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək. Hazırda yeni xidməti testdən keçirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !