Yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisas artırma kursu, yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək.
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !